“Mançester Yunayted”in təklifini rədd etdi -

00:20 İngiltərə 61
“Mançester Yunayted”in təklifini rədd etdi -

“Mançester Siti”nin müdafiəçisi Rayan Ait-Nuri yay transfer dövründə “Mançester Yunayted”in maraq dairəsində olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” transfer pəncərəsinin bağlanmasına az qalmış əlcəzairli ilə bağlı “şəhərlilər”ə müraciət edib.

Lakin “Mançester Siti” təklifi dərhal rədd edib. Klub müdafiəçisinin əsas rəqibinə keçməsinə icazə vermək istəməyib.

Ait-Nuri 2025-ci ilin yayında “Mançester Siti”yə qoşulub və klubla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər olan müqavilə imzalayıb.

“Mançester Yunayted” UEFA Çempionlar Liqasının liqa mərhələsində, sentyabrın 10-da “Sabah”la qarşılaşıb və “Old Trafford”da keçirilən görüşdə 4:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”