Bu gün II Liqada üçüncü tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, dörd oyun keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan “Qaradağ Lökbatan” Zaqatalada “Şəki”nin qonağı olacaq.
“Şirvan” doğma şəhərdə “Hypers”i sınağa çəkəcək.
“Şəmkir” Şamaxıda “Kür-Araz”la münasibətlərinə aydınlıq gətirəcək. “Difai” isə “Ağdaş”la qarşılaşacaq.
“Şəki” – “Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala OİK stadionu, 15:30
“Difai” – “Ağdaş”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Palms Sports Futbol Mərkəzi (IV meydança), 16:00
“Şirvan” – “Hypers”
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şirvan OİK stadionu, 16:00
“Şəmkir” – “Kür-Araz”
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 16:00
