8000 dollardan aşağı maaşa Azərbaycanda oynamaq istəmədi

19 Sentyabr 2020 10:52 Qəbələ 1 088
8000 dollardan aşağı maaşa Azərbaycanda oynamaq istəmədi

Yay fasiləsində “Qəbələ” ilə yollarını ayıran Abdelrafik Jerar özünə yeni komanda tapmağa yaxındır.

Hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

“Qəbələ”yə keçməzdən əvvəl Belçikada “Union”da oynamış fransalı bir neçə Türkiyə klubu ilə danışıq aparır ki, onlardan biri də Super Liqa təmsilçisi “Kasımpaşa”dır.

Maraqlıdır ki, Abdelrafik Jerar bu ilin yanvarında “Qəbələ” ilə ilyarımlıq müqavilə bağlamışdı. Əlcəzair əsilli oyunçunun “qırmızı-qaralar”la sözləşməsi davam etsə də, o, komandaya qayıtmayıb.

“Səbail“ və “Zirə “27 yaşlı orta sahə oyunçusunu yenidən Azərbaycanda görmək istəsə də, tərəflər maliyyə şərtlərində razılığa gələ bilməyib. Jerar 8000 dollardan aşağı maaşa Premyer Liqamızda çıxış etməyi özünə rəva görməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!