Bu olay “Xəzər Lənkəran”dan sonra onların başına gəldi

10 Mart 2020 10:38 Qəbələ 1 253
Bu olay “Xəzər Lənkəran”dan sonra onların başına gəldi

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu, “Qəbələ”nin 5 və ya daha çox top fərqiylə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır.

İndiyədək əyalət təmsilçisi yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.

“Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:

21.09.2005. Birinci divizion. Göy-Göl (Xanlar) - Şərur (Bakı) - 8:0

10.05.2006. Birinci divizion. Gilan (Xanlar) - Energetik (Mingəçevir) - 6:0

16.10.2006. Azərbaycan kuboku. Gilan (Qəbələ) - Şahdağ (Quba) - 6:0

11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) - Qəbələ - 0:6

04.10.2015. Premyer Liqa. Qəbələ - Xəzər Lənkəran - 6:0

03.12.2015. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 7:0

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6

29.11.2017. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 8:0

07.03.2020. Premyer Liqa. Qəbələ - Sumqayıt - 5:0

Digər Xəbərlər
Xəbər Lenti