Azərbaycan millisi bu gün yoldaşlıq görüşünə çıxacaq.
Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Tacikistanla üz-üzə gələcək.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıb. Hər iki görüşdə yığmamız meydanı qalib tərk edib.
Bu matç UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyır.
AFFA rəhbərliyi bunu nəzərə alaraq, orta asiyalılarla matça mükafat təyin edib.
Futbolçuları ruhlandırmaq məqsədi daşıyan bu maddi jest könül rahatlada bilər. Qalibiyyət təqdirində oyunçuların hər biri 5000 manat qazanacaq.
SPORTİNFO.AZ
