AFFA-dan bölgə klubuna 10 min manatlıq ağır cərimə

13:50 Premyerliqa 177
AFFA-dan bölgə klubuna 10 min manatlıq ağır cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz”– “Zirə” oyununda “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sabah”– “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat cərimələnib.

Eyni matçın 90+1-ci dəqiqəsində “İmişli”nin 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Onun klubu isə 10000 manat cərimə edilib.

“Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu görüşdə “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti