"Qəbələ"də vacib toplantı: Baş məşqçinin taleyi məlum oldu

25 Fevral 2020 10:24 Qəbələ 2 267
"Qəbələ"də vacib toplantı: Baş məşqçinin taleyi məlum oldu

Premyer Liqanın üçüncü dövrəsinə ardıcıl 4 məğlubiyyətlə start verən «Qəbələ» baş məşqçisi ilə bağlı qərar verib.

Sportinfo.az-ın məlumatına görə, ölkə kubokunun sahibi Elmar Baxşıyevlə yoluna davam edəcək.

Bu, klub rəhbərliyi ilə onun görüşündə dəqiqləşib. «Neftçi» ilə son oyunun gedişində yerli azarkeşlər Baxşıyevin istefasını tələb etmişdi.

Komandanın uğursuz çıxışında gənc mütəxəssisi təqsirkar bilən qəbələli fanatların səsləndirdiyi şüarlar futbolçular tərəfindən böyük təpki görmüşdü. Başda kapitan Qismət Alıyev olmaqla, əksər oyunçular tribunaya yaxınlaşaraq, onlara etiraz etmişdi.

Rəsmilər Baxşıyevə dəstək verməklə yanaşı, ona zaman tanıyıb. Baş məşqçi qış fasiləsində kollektivə qoşulan legionerlərin hələ özünə gəlmədiyini, formaya düşmələrinin vaxt alacağını söyləyib, bununla belə, nəticələri düzəldəcəklərinə inamını ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti