1600 km qət edib Bakıya gəldilər - VİDEO+FOTO

25 Sentyabr 23:20 Azarkeş 127
1600 km qət edib Bakıya gəldilər - VİDEO+FOTO

Azərbaycan millisi Bakıda yoldaşlıq görüşünə çıxıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Tacikistanla üz-üzə gəlib.

UEFA Millətlər Liqasının senyabr-oktyabrda keçiriləcək Litva və Lixtenşteynlə oyunlarına hazırlıq mahiyyəti daşıyan görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar paytaxtımızda dəstəksiz qalmayıb. «Neftçi»nin arenasının tribunalarına toplaşanlar arasında 20-yə yaxın tacik futbolsevər yer alıb.

Bəziləri Azərbaycanda yaşayanlardırsa, bir neçəsi 1600 kilometr qət edərək Düşənbədən Bakıya təşrif buyurub.

Bayraqlarla “silahlanan” fanatlar hakimin start fitindən əvvəl Tacikistan millisini qələbəyə səsləyən şüarlarla diqqət çəkib.

Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıb. Hər iki görüşdə yığmamız meydanı qalib tərk edib.

Hazırda FİFA-nın reytinqində Tacikistan 101-ci, Azərbaycan isə 126-cı yeri tutur.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM