"Qəbələ"li gənclər bu axşam "Hayduk"a "imtahan" verəcək

12 Sentyabr 2022 14:20 Qəbələ 711
"Qəbələ"li gənclər bu axşam "Hayduk"a "imtahan" verəcək

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yoluna start veriləcək.

“Qəbələ”nin U-19 komandası I mərhələnin ilk oyununu keçirəcək. “Qırmızı-qaralar” Xorvatiyada “Hayduk”la qarşılaşacaq.

Zaur Hacıyevin baş məşqçisi olduğu Azərbaycan çempionu səfər matçına 18 futbolçu ilə yollanıb.

Artıq oyunun keçiriləcəyi Split şəhərində olan komandamızın heyətində Fərid Kələntərov, Ağabəkir Həşimli, Eşqin Əhmədov, Şahin Şahniyarov, Elmir Hüseynli, Sənan Ağalarov, Məmməd Muradov, İbrahim Ramazanov, Xəyal Xudaverdiyev, Bilal İsmayılov, Fuad Əhmədov, Ravil Qafarov, Murad Musayev, Samir Ağayev, Kənan Baxışov, Rüfət Bədəlzadə, Həsən Həsənli, Mehrac Baxşalı yer alıb.

Splitin “Polyud” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.

Cavab görüşü oktyabrın 14-də Qəbələdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu