İki dəfə “Qəbələ”nin aldığı bileti geri qaytardı, sonra isə…

6 İyul 2022 11:40 Qəbələ 1 161
İki dəfə “Qəbələ”nin aldığı bileti geri qaytardı, sonra isə…

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” dünən heyətinə daha bir legioner qatıb.

“Qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022/2023 mövsümündən komandanın formasını geyinəcək. 25 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abu-Akal peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib.

Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatında 82 oyunda meydanda olub. Onun keçidi “Qəbələ”yə asan başa gəlməyib.

Demə, Abu-Akal hələ iki həftə öncə “qırmızı-qaralar“ın düşərgəsinə qoşulmalı imiş. Bölgə klubu ona görə iki dəfə təyyarə biletini ləğv etməli olub.

Belə ki, birinci halda “Aşdod” orta sahə oyunçusunu buraxmaqdan imtina edib, sonra isə legionerin özü maliyyə şərtlərini yüksəldərək, qəbələliləri artıq xərcə salıb.

Ən axırıncı məqamda isə o, yenidən fikrini dəyişərək, bura gəlib.

Baxmayaraq ki, “Aşdod” Abu-Akala “Qəbələ“nin verdiyindən daha artıq qazanc vəd edib, amma yarımmüdafiəçi bununla razılaşmayıb, hətta komandasıyla məşqə çıxmaqdan boyun qaçırıb.

“Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti