“Mançester Yunayted”li cavanların “Sabah”a vurduğu 5 qol - VİDEO

11 Sentyabr 08:50 Sabah 410
“Mançester Yunayted”li cavanların “Sabah”a vurduğu 5 qol - VİDEO

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komandamız səfərdə “Mançester Yunayted”dən beş cavabsız qol buraxıb.

“Mançester Yunayted”in heyətində A.İbragimov (2), J.Uotson (16) və J.Qabriel (45, 85, 87) fərqlənib.

"Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə