Burkina Faso yığmasının vingeri Mamadi Banqre Azərbaycana gəlib.
Onu ölkəmizə dəvət edən "Sumsqayıt"dır.
Afrikalı legioner öz öncə Sumqayıtdakı klinikaların birində tibbi baxışdan keçib. Sağlıq durumunda heç bir problem aşkarlanmayıb.
"Gənclik şəhəri" təmsilçisinin 25 yaşlı legionerlə 1+1 illik müqavilə bağlaması gözlənilir.
Banqre Burkina Faso millisinin formasını geyinməklə yanaşı, Fransa vətəndaşlığı daşıyır. Bu ölkədə "Qrenobl"un yetirməsi sayılır.
2018-2024-cü illər aralığında "Tuluza"nın şərəfini qoruyub. Həmin müddət ərzində "Quvill-Rouen" və "Troya"ya icarəyə verilib.
İki il öncə "Qrenobl"a qayıdıb. 2025-ci ili icarə əsasında "Pau"də keçirib və 10 oyuna 1 qol vurub. Hazırda azad agent statusu daşıyır.
"Kimyaçılar" bu yay 5 futbolçu ilə müqavimlə bağlayıb, onlardan 1-i yerli, digərləri əcnəbidir.
Emil Mustafayev ("Polissya", Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), Jeam Oliveyra ("Kaşias", Braziliya), Lukas Blak (“Ferroviario”, Braziliya) və Renan Santana (“Famalikao”, Portuqaliya) "Sumqayıt"ın təklifini qəbul edib.
SPORTİNFO.AZ
