“Onun bu siyahıdan necə kənarda qalmasını heç cür anlaya bilmirəm”

10:20 İspaniya 44
“Onun bu siyahıdan necə kənarda qalmasını heç cür anlaya bilmirəm”

“Barselona”nın idman direktoru Deku komandanın əsas ulduzları Pedri və Rafinyanın 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatına namizədlər siyahısına salınmamasına sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı funksioner “El Món a RAC1” verilişinin efirində təşkilatçıların bu qərarını ədalətsizlik adlandırıb:

“Onların namizədlər siyahısında olmaması mənim üçün dünya miqyaslı skandaldır. Təəssüf ki, futbolda belə ədalətsizliklər olur.

Pedri kimi böyük istedada sahib bir futbolçunun bu siyahıdan necə kənarda qala bildiyini heç cür anlaya bilmirəm...”

Ötən mövsümdə Rafinya “Barselona”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxaraq 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Pedri isə 43 matçda meydanda olub, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

“Barselona” İspaniya La Liqasının startında keçirdiyi ilk 4 oyunun hamısında qələbə qazanaraq maksimum 12 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il