Premyer Liqada ona verilən dəqiqələrdən narazı qaldı, müqaviləsini pozdu

11 Sentyabr 09:20 Hadisə 1 241
Premyer Liqada ona verilən dəqiqələrdən narazı qaldı, müqaviləsini pozdu

Premyer Liqanın ilk 4 turu ərzində 4 xal toplamış "İmişli"də növbəti ayrılıq reallaşıb.

Fərid Namazovun çalışdırdığı aranlılar Vüsal Qənbərovla vidalaşıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

23 yaşlı vinger burada aldığı oyun dəqiqələrinin sayından narazı qaldığı üçün belə bir addım atıb.

"İmişli" onadək 13 nəfəri yola salıb.

Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Andrey Sinenka, Hüseynəli Quliyev, Ezekiel Morqan, Ronaldo Souza, Nazim Hüseynov və Dominqos Senqui Hermenegildo düşərgədən yola salınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?