“Barselona”nın ən gənc kapitanı - Lamin Yamal tarixə düşdü

11 Sentyabr 12:20 İspaniya 466
“Barselona”nın ən gənc kapitanı - Lamin Yamal tarixə düşdü

Lamin Yamal “Barselona”nın tarixinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu klub tarixinin ən gənc kapitanı olub.

Belə ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Feyenoord”la matçda (5:1) Rafinya oyundan çıxarkən kapitanlıq sarğısını 19 yaşlı Yamala verib.

Beləliklə, o bu sarğını daşıyan ən gənc oyunçu adına yiyələnib. Buna qədər isə “Barselona”nın ən gənc kapitanı Boyan Krkiç olub.

B.Krkiç 20 yaşında İspaniya kubokunda kapitanlıq sarğısını taxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!