Əlcəzair millisinin yarımmüdafiəçisi yenidən Azərbaycanda - 1+1 illik SÖVDƏLƏŞMƏ

13:00 Turan 46
Əlcəzair millisinin yarımmüdafiəçisi yenidən Azərbaycanda - 1+1 illik SÖVDƏLƏŞMƏ

İyuldan bəri klubsuz qalan Yassin Benzia yenidən Azərbaycana dönüb.

“Əl-Feyha” əlcəzairli legionerlə başa çatan müqaviləni yeniləməyib.

Səudiyyə Ərəbistanını tərk edən “Turan Tovuz”un təklifinə “hə“ deyib. Tərəflər arasında 1+1 illik anlaşma əldə olunub.

Razılaşmaya əsasən, onun burada qalıb-qalmayacağı gələn yay klubun verəcəyi qərardan asılıdır.

Yarımmüdafiəçi 2023-cü ilin yanvarından 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edib.

Əlcəzair millisinin üzvü bu müddət ərzində Ağdam təmsilçisinin heyətində 104 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 28 qol vurub və 25 məhsuldar ötürmə edib.

Ötən yay "Əl-Feyha"ya keçən Benzia Səudiyyə Ərəbistanı Pro Liqasında 32 oyunda meydana çıxıb, 4 qol vurub və 5 qolun ötürməsini edib.

"Turan Tovuz" iyundan bəri 6 oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Dioqo Balau ("Şamaxı"), Aleksey Kenyaykin ("Rubin", Rusiya), Stiv Beusnard (“Pau”, Fransa), Filip Damyanoviç ("Koper", Sloveniya), Rahil Məmmədov ("Araz-Naxçıvan") və Aleksa Yankoviç ("Sumqayıt") bura gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?