“Sabah”ın qapıçısı Stas Pokatilov Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra qurtarış sayına görə turnirin ən yaxşıları sırasında yer alıb.
Sportinfo.az xəbər verir ki, UEFA-nın statistikasına əsasən, Qazaxıstan millisinin kiperi “Mançester Yunayted”lə səfər matçında 5 qurtarış edib.
Bu göstərici ilə Pokatilov ilk turdan sonra qurtarış sayına görə 5-ci yeri bölüşdürür.
Pokatilovla yanaşı Nikita Haykin (“Bodo/Qlimt”), Qreqor Kobel (“Borussiya” Dortmund), Yan Zommer (“Brügge”), Zayon Suzuki (“Aston Villa”) və Mile Svilar (“Roma”) 5 qurtarış edib.
Siyahıya hərəyə 8 qurtarışla “Portu”nun qapıçısı Dioqu Koşta və “Slovan”dan Dominik Takaç başçılıq edirlər. Tibo Kurtua (“Real”) 7, Xosep Martines (“İnter”) 6 qurtarış edib.
"Sabah” Çempionlar Liqasının Liqa mərhələsində debüt matçında “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.
