"Elmar Baxşıyev buna nail olacaq"

12 İyun 2021 22:20 Qəbələ 1 448
"Elmar Baxşıyev buna nail olacaq"

"Qəbələ" mənə doğma komandadır. Öz evimə qayıtmışam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yeni transferi Urfan Abbasov deyib.

Abbasov uzun illər çıxış etdiyi komandaya qayıdışını qeyri adi saymır: "Baş məşqçi Elmar Baxşıyevlə "Qəbələ"də bir yerdə oynamışam və bir yerdə işləmişik. Doğma olan yerə gəldiyim üçün qeyri adi nəsə olmadı".

Təcrübəli futbolçu iddiası azalan hazırkı "Qəbələ"nin gələcək perespektivlərindən də danışıb: "Azərbaycan Premyer Liqasında 1-2 klubu çıxmaq şərtilə demək olar digər klublarda maliyyə cəhətdən vəziyyət eynidir. Yaxşı komanda yaradıb, yaxşı mübarizə aparmaq lazımdır. Məncə, Elmar müəllim buna nail olacaq".

Digər Xəbərlər
Xəbər Lenti