“Real” və PSJ elçi düşdü - Fransa millisinin hücumçusuna

9 Sentyabr 18:20 Almaniya 527
“Real” və PSJ elçi düşdü - Fransa millisinin hücumçusuna

“Bavariya”nın və Fransa millisinin 24 yaşlı cinah hücumçusu Maykl Olise avropalı nəhənglərin diqqət mərkəzində qalmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur türkiyəli insayder Əkrəm Konur “X” hesabında paylaşım edib.

Bildirilib ki, PSJ və “Real Madrid” ulduzun transferi üçün hərəkətə keçməyə hazırlaşırlar.

Məlumata görə, hər iki nəhəng klub qış transfer pəncərəsi açılan kimi mühüm addımlar atmağı planlaşdırır

. Lakin “Bavariya” heyətin əsas simalarından olan Oliseni asanlıqla buraxmaq niyyətində deyil. Münhen təmsilçisi fransalı vingerin transfer qiymətini 200-230 milyon avro civarında dəyərləndirir.

Olise cari mövsümdə “Bavariya”nın heyətində keçirdiyi 3 rəsmi oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun Almaniya klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…