"Qəbələ" AFFA-dan əlavə pul istədi, "gəlin, yoxlama aparın" təklifi verdi

29 May 2021 17:40 Qəbələ 1 201
"Qəbələ" AFFA-dan əlavə pul istədi, "gəlin, yoxlama aparın" təklifi verdi

Xəbər verdiymiz kimi, növbəti mövsümdən I Divizion iştirakçılarının sayı artacaq.

«Zirə» və «Səbail»in əvəzedici komandaları 1 illik asilədən sonra aşağı dəstədə mübarizə aparacaq.

Hər iki klubun rəhbərliyi ilə aparılan danışıqlardan sonra belə bir razılıq əldə olunub. Fderasiya həmçinin «Qəbələ» ilə bu yöndə görüşmələrini davam etdirir.

Əyalət klubu aşağı dəstədə təmsilçisinin olmasına müsbət yanaşır. Sadəcə. Bunun üçün onların tələbi yerinə yetirilməlidir.

«Qırmızı-qaralar» AFFA tərəfindən onlara ayrılan maliyyə vəsaitinin artırılmasını istəyir. Burada nəzərdə tutulan məbləğ 300 min manatdır.

Bilindiyi kimi, federasiya ötən yaydan etibarən «Qəbələ»yə maddi dəstək verir. Ötən mövsüm üçün edilən ödəmə 1,5 milyon manat olub.

AFFA yeni sezonda da bölgə klubuna bu qədər vəsait verməyi planlaşdırır. Amma «Qəbələ» əvəzedici komandanın bərpası və çıxışı üçün əlavə büdcəyə ehtiyac duyduğunu qurumun diqqətinə çatdırıb.

«Qırmızı-qaralar»ın rəsmiləri təsisçinin - «Gilan Holdinq»in kluba bu il daha az məbləğ ayıracağını, bu üzdən, 1,5 milyon manatın yetərli olmadığını bildirib.

«Qəbələ»lilər AFFA-ya audit aparmağı, ayrılan məbləğin hara və necə xərclənməsini araşdırmağı təklif edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti