“Qəbələ” çoxdandır belə sevincək olmamışdı... - VİDEO+FOTOREPORTAJ

29 May 2021 00:42 Qəbələ 778
“Qəbələ” çoxdandır belə sevincək olmamışdı...  - VİDEO+FOTOREPORTAJ

“Qəbələ” U-17 kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” final oyununda “Qarabağ”la qarşılaşıb.

Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2. Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub.

Daha dəqiq olan Zaur Hacıyevin yetirmələri 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti