SOCAR bölgə klubuna vəsait ayırdı, bu şərtləri irəli sürdü

14 Aprel 2021 13:00 Qəbələ 2 163
SOCAR bölgə klubuna vəsait ayırdı, bu şərtləri irəli sürdü

SOCAR-ın yeni mövsüm üçün «Qəbələ»yə ayıracağı maliyyə yardımının məbləği məlum olub.

Sportinfo.az-ın məlumatına görə, neft şirkəti ötən il bölgə klubuna ödədiyi vəsaitin miqdarını olduğu kimi saxlayıb.

Yəni, «qırmızı-qaralar» bu sezondakı qədər – 1,5 milyon manat əldə edəcək. Yardımın qaydası da dəyişdirilməyib: əyalət təmsilçisi qarşı tərəfdən hər ay 150 min manat alacaq.

AFFA razılaşma müddətinin uzadılması qarşılığında «Qəbələ»ni yeni tələbləri ilə tanış edib.

Buna əsasən, klub əvəzedici heyətinin fəaliyyətini bərpa etməli, akademiyaya daha çox diqqət ayırmalıdır. Federasiya yardım paketinin legionerlərin transferlərinə xərclənməsinə qarşı olduğunu yerli rəsmilərin nəzərinə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı