"Sumqayıt"da MANAT-DOLLAR MÜBAHİSƏSİ başladı!

12 Mart 2020 12:30 Milli komanda 1 024
"Sumqayıt"da MANAT-DOLLAR MÜBAHİSƏSİ başladı!

Son günlər dünya birjasında neftin qiymətinin kəskin aşağı düşüb. Bu da dolların manata nisbətdə qiymətinin yenidən qalxacağı narahatlığı yaradıb.

Odur ki, bankların hamısında xarici valyutaya tələbat artıb.

Mövcud vəziyyət Azərbaycan Premyer Liqasında çıxış edən əcnəbi futbolçulara narahatlıq verir. Fərqi yoxdur, həm legioner, həm də yerli statusda olanları.

Axı onlar əməkhaqqını dollar/avro ilə alır.

«Sumqayıt»da belələrinin sayı 4-dür: Rusiya pasportu olan Cəmaləddin Xocaniyazov, İsrail vətəndaşı Əmir Ağayev və iranlılar – Peyman Babayi ilə Mehdi Şərifi.

Sportinfo.az-ın məlumatna görə, «Sumqayıt» gəlmələrin məvacibini manatla ödəməyə hazırlaşır.

Artıq bununla bağlı adıçəkilən futbolçulara şifahi xəbərdarlıq edilib. Bildirilib ki, inflyasiya baş versə, hesablamalar Azərbaycanın milli pul vahidi ilə aparılacaq.

Lakin əcnəbilər bu şərtlə razılaşmayıb: «Bəribaşdan müqaviləni necə razılaşdırmışıqsa, ona da əməl olunmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu