“Yuventus” müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Turin təmsilçisinin transfer siyahısında bir neçə futbolçunun adı yer alıb. Bunlar “Barselona”dan Alexandro Balde, “Mançester Siti”dən Rayan Ait-Nuri və “Tottenhem”dən Destini Udoqidir.
“Yuventus” İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 11 oyundan sonra 18 xal toplayıb. Komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Turin təmsilçisi növbəti matçını noyabrın 22-də, doğma meydanda “Venesiya”ya qarşı keçirəcək.
