Əri “Neftçi”də olanın xanımı burada gördüklərindən məsti-xumar oldu - FOTOLAR

19:40 Neftçi 132
Əri “Neftçi”də olanın xanımı burada gördüklərindən məsti-xumar oldu - FOTOLAR

“Neftçi”nin qol ümidi Breno Almeyda yaşıl meydanlarda olduğu kimi, futboldankənar aktivliyi ilə də diqqət çəkir.

28 yaşlı braziliyalı vinger xanımı Beli ilə hər fürsətdə Bakının və Azərbaycanın gəzməli-görməli yerlərini kəşf etməyə çalışır.

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan cütlük bu dəfə Qəbələyə üz tutub.

Breno həyat yoldaşı ilə birlikdə Tufandağa qalxaraq qar görmək arzusunu gerçəkləşdirib. Braziliyada qar mənzərələrinə və belə hava şəraitinə alışmayan cütlük üçün bu, kifayət qədər maraqlı və yaddaqalan təcrübə olub.

Futbolçunun xanımı “instagram” hesabında paylaşdığı foto və videolarla səfərdən görüntüləri izləyiciləri ilə bölüşüb.

Kadrlarda Breno ilə birlikdə qar topu oynayan Beli hətta qardan Şaxta baba da düzəldib. Görüntülərdən braziliyalı cütlüyün bu səfərdən böyük zövq aldığı açıq-aydın görünür.

Təbii ki, Braziliyada görməyə və hiss etməyə alışmadıqları qarın yaratdığı təəssürat onların sevincini daha da artırıb.

Beli paylaşımının altında isə bu sözləri yazıb:

“Bu qədər gözəlliyə baxıb Allahı görməmək mümkün deyil”.

Sevindirici haldır ki, ölkəmizə gələn legioner futbolçular və onların ailə üzvləri Azərbaycanı yaxından tanımağa, onun təbiətindən, gözəlliklərindən və turistik məkanlarından zövq almağa fürsət tapırlar.

HƏBİB / SPORTİNFD.AZ

Digər Xəbərlər
Xəbər Lenti