“Bu, çox xoş idi”.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın vingeri Aleksey Kaşuk Ukraynanın əsas millisinə ilk dəfə dəvət alması ilə bağlı fikirlərini bölüşüb.
O, düşərgədə xoş qarşılandığını deyib:
"Komandada məni çox isti qarşıladılar. Bütün futbolçular mənim adıma sevindi, baş məşqçi də şəxsən təbrik etdi.
Məşqçilər korpusu digər liqalarda çıxış edən futbolçuları da izləyir. Hər kəs üçün özünü göstərmək, milliyə dəvət almaq imkanı var.
Oynayırsansa, nəticə verirsənsə, komandan qalib gəlirsə, daim diqqət mərkəzində olursan və şansını gözləyirsən.
Hazırda karyeramın ən yaxşı dövründəyəmmi? Bunu demək çətindir.
Amma özümün ən yaxşı versiyama çevrilmək üçün çalışıram. Milliyə dəvət almaq və özümü daha yaxşı tərəfdən göstərmək mənim üçün ikiqat motivasiyadır”.
Kaşuk bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini edib.
