“Ştutqart”ın müdafiəçisi Finn Elç Avropanın bir neçə klubunun diqqət mərkəzindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un skautları alman futbolçunun çıxışını yaxından izləyir.
“Bayern” də 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Bundan başqa, İngiltərə Premyer Liqasının digər klubları da Elçi transfer etmək istəyir. Ancaq hazırda onun İngiltərəyə köçməsi real görünmür.
Elç cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
