“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FİFA prezidentliyi uğrunda keçiriləcək seçkilərdə namizəd olmayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis bu qərarını UEFA-nın bir neçə həftə davam edən lobbiçilik fəaliyyətindən sonra verib.
O, bu həftə qərarı barədə Avropa futbol qurumunun rəhbərliyini məlumatlandırıb.
UEFA-nın isə alternativ namizədi dəstəkləmək üçün cəmi dörd günü qalıb. Vengerin namizədlikdən imtinası hazırkı FİFA prezidenti Canni İnfantinonun rəqiblərindən birini aradan götürüb.
Seçkilər 2027-ci ildə keçiriləcək. Prezidentliyə namizədlik üçün son müraciət tarixi isə noyabrın 18-dir.
