Çalhanoğlu karyerasını başqa klubda davam etdirəcək? - İki təklifi var

21:40 İtaliya 116
Çalhanoğlu karyerasını başqa klubda davam etdirəcək? - İki təklifi var

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını başqa klubda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Komo” və “Yuventus” maraqlanır.

Onun Türkiyəyə qayıtması variantı da nəzərdən keçirilir.

Türkiyəli futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 16 milyon avro qiymətləndirilir.

Çalhanoğlu bu mövsüm A Seriyasında 8 oyuna çıxıb və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti