“Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasının 3-cü turunda Dortmund “Borussiya”sına qarşı keçirilən oyunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, polşalı müdafiəçi “Kanal Sportowy”yə açıqlamasında 1:2 hesablı məğlubiyyətə üzüldüklərini bildirib.
Puxaç Bakı Olimpiya Stadionundakı görüşdən xalla ayrılmağa yaxın olduqlarını söyləyib:
“Şübhəsiz ki, mənə daha çox sevinc gətirən oyun “Slaviya” ilə qarşılaşma oldu. Çünki qalib gəldik.
“Borussiya” ilə matçda isə içimdə boşluq hiss etdim. Çünki heç-heçə edə biləcəyimiz bir gün idi”.
“Sabah”ın aparıcı oyunçusu “Borussiya”nın layiqli qələbə qazandığını da etiraf edib:
“Əlbəttə, onların inanılmaz keyfiyyəti var və daha çox qol imkanları yaratdılar. Yəqin ki, nəticə də ədalətlidir. Amma hesab 1:2 olanda yüz faizlik qol imkanımız oldu.
Bundan istifadə edə bilməməyimiz təəssüf doğurur. Bəzi epizodları nəzərə almasaq, onlara layiqli müqavimət göstərdik. Ç
ünki bizi müdafiəyə sıxışdırdıqları mərhələlərdə səviyyə fərqi açıq görünürdü. Elə buna görə onlar “Borussiya”da, biz isə “Sabah”da oynayırıq”.
