“Real” 60 milyon avroya satmağa hazırdır - Braziliyalı hücumçunu

21:40 İspaniya 88
“Real” 60 milyon avroya satmağa hazırdır - Braziliyalı hücumçunu

“Real”ın hücumçusu Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvardın xidmətində “Nyukasl” və “Everton” maraqlıdır.

Bundan başqa, “Roma”, “Milan” və “Fənərbaxça” da onu heyətinə qatmaq istəyən klublar sırasındadır.

“Real” isə qış transfer pəncərəsində Endriki 60 milyon avroya satmağa hazırdır. 20 yaşlı hücumçu cari mövsümdə İspaniya La Liqasında 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti