“Dünyanın ən çətin proqramını yerinə yetirdik”

03:50 Digər növlər 49
“Dünyanın ən çətin proqramını yerinə yetirdik”

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova dünya çempionatında tarixi uğura imza atdıqları üçün sevindiyini bildirib.

Sportinfo.az xəbər verir ki, idmançı jurnalistlərə açıqlamasında yarışa ilboyu hazırlaşdıqlarını söyləyib:

“Tarixə düşə bildiyimiz üçün sevinirəm. Ötən il qardaşım Maqsud Mahsudovla dünya çempionatında bürünc medal qazanmışdıq.

Bu il isə nəticəmizi yaxşılaşdıraraq gümüş medal qazandıq. Bundan əlavə, dünyanın ən çətin proqramını yerinə yetirdik. Uğurumuza çox sevinirəm”.

Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatının gümüş medalına sahib olublar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO