“Məni narahat edən odur ki, futbolun dəyişdiyini oyunçulara çatdıra bilmirəm"

21:40 İtaliya 104
“Məni narahat edən odur ki, futbolun dəyişdiyini oyunçulara çatdıra bilmirəm"

“Yuventus”un baş məşqçisi Luçano Spalletti A Seriyasının 9-cu turunda “Cenoa”ya 0:2 hesablı məğlubiyyətdən sonra komandanın problemləri barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasındakı ilk 9 turun və Avropa Liqasındakı nəticələrin ardından onu ən çox narahat edən məqamı açıqlayıb:

“Məni narahat edən odur ki, futbolun dəyişdiyini oyunçulara çatdıra bilmirəm. Müasir futbolda ikili mübarizələrdə qələbə qazanmaq və meydanın hər yerində davamlı pressinqin öhdəsindən gəlmək lazımdır.

Məşqlərdə bunları tətbiq etməyə çalışanda oyunçular lazımi səviyyəyə çatmaqda çətinlik çəkirlər. Bunun bir səbəbi də hazırda tamhüquqlu məşqlər keçirmək üçün vaxtımızın olmamasıdır.

Üstəlik, heyət seçimi imkanlarımız məhduddur və yorğunluq toplanır. Bu, məni bir qədər narahat edir.

Hər dəfə irəliyə doğru addım atmaq və yeni nəsə sınamaq istəyəndə bunun nəticə verməsi üçün vaxt tələb olunur. Amma bizim vaxtımız yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti