“Neftçi”nin keçmiş futbolçusunun klubsuz günləri başa çatıb.
Avqustda “ağ-qaralar”dan ayrılan Alessio Kurçi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.
24 yaşlı hücumameyilli yarımmüdafiəçi Banya Luka təmsilçisi “Boraç”la anlaşıb.
Ötən mövsüm Bosniya və Herseqovina çempionu olan klub Lüksemburq millisinin üzvü ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Sözləşmənin müddəti 1 ildir.
Maraq üçün bildirək ki, 2025-ci ilin yayında “Neftçi” ilə müqavilə bağlayan Kurçi paytaxt təmsilçisinin heyətində olduğu müddətdə 19 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Baş məşqçi Yuri Vernidubun planlarına daxil olmayan Kurçi ilə yollar qarşılıqlı razılıq əsasında ayrılmışdı.
HƏBİB / SPORTİNFO.AZ
