Növbəti xoşagəlməz olay! İddiası yerə-göyə sığmayan klubun ofisinin qapısına qıfıl vuruldu

20:40 I Divizion 542
Növbəti xoşagəlməz olay! İddiası yerə-göyə sığmayan klubun ofisinin qapısına qıfıl vuruldu

Son həftələrdə ciddi maliyyə problemi ilə üzləşən «Səbail»dən üzücü xəbərlər gəlməkdədir.

Klubun Bakıda «Milyonçular məhəlləsi» kimi tanınan Teymur Əliyev küçəsində icarəyə götürdüyü ofis bağlanıb.

Bundan öncə isə məkandan bahalı komputerlərdən biri necəsə yoxa çıxıb. Amma ofisin qapısına qıfıl vurulmasının həmin hadisəylə bağlantısı yoxdur.

Mirzə Bayrampur icarədar kimi öz üzərinə düşən işi görməyib - icarə pulunu yerin sahibinə ödəməyib.

Bir neçə ay öncə prezident olaraq «dənizçilər»in başına keçən və gurultulu bəyanatlar verən bu zat sözünün üstündə dayanmır. O, 2 aydan artıq ödəniş etmədiyindən, ora əməkdaşların üzünə bağlanıb.

Ümumiyətlə, «Səbail»də vəziyyət və ab-hava çox pisdir. Proseslərin tezliklə nəzarətdən çıxması gözlənilir.

I Liqanın ilk 7 turunda qeyri-sabit çıxış eləyən və turnir cədvəlində beşinci pilləyə qədər geriləyən komandanın rəhbərliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Müqavilə bağlanılan 7 legionerdən 4-ü ötən iki ayın əməkhaqqısını ala bilməyib.

Siyahı onlarla məhdudlaşmır. Həmçinin ofis əməkdaşları və akademiyada çalışanlar da xeyli müddətdir məvacib üzünə həsrətdir.

Qubaya köçmək istəyini aylar öncə elan edən «Səbail» 7 tur ərzində 12 xal toplayıb. Lider «Şahdağ»dan 6 xal geri qalırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti