Namizədlər arasında hazırda işsiz olan məşhur məşqçinin də adı çəkilir

12:20 İtaliya 125
Namizədlər arasında hazırda işsiz olan məşhur məşqçinin də adı çəkilir

“Yuventus”un baş məşqçisi Luçano Spalletti mövsümə uğursuz startdan sonra təzyiqlə üzləşib.

Turin təmsilçisinin hazırkı çalışdırıcısı qarşıdakı oyunlarda vəziyyəti düzəldə bilməsə, postundan ayrıla bilər.

Onu əvəzləyə biləcək namizədlər arasında hazırda işsiz olan Antonio Kontenin də adı çəkilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kontenin “Yuventus”a dəvət olunması hazırda müzakirə edilmir. 57 yaşlı mütəxəssis özü də Turin klubuna qayıtmaqda maraqlı deyil.

Antonio Konte 2011-2014-cü illərdə “Yuventus”a rəhbərlik edib və komanda ilə uğurlu nəticələrə imza atıb.

Luçano Spallettinin rəhbərlik etdiyi “Yuventus” A Seriyasının 9 turundan sonra 14 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti