Tanınmış insayder Fabrizio Romano Antonio Kontenin yenidən “Yuventus”un baş məşqçisi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun hazırkı baş məşqçisi Luçano Spalletti komandanın nəticələrini yaxşılaşdıra bilməsə, vəzifəsindən ayrıla bilər.
Lakin Romanonun sözlərinə görə, “Yuventus” hazırda Konte ilə heç bir danışıq aparmır və tərəflər arasında əlaqə olmayıb.
57 yaşlı mütəxəssis isə karyerasını davam etdirmək üçün özünə uyğun layihə gözləyir.
Antonio Konte 2025/26 mövsümünün sonunda son iş yeri olan “Napoli”dən ayrılıb. O, daha əvvəl 2011–2014-cü illərdə “Yuventus”a rəhbərlik edib.
