Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə keçirdiyi səfər oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz 1:0 hesablı qələbə qazansa da, rəqəmlər matçın başqa hesabla nəticələnməli olduğunu göstərir.
Belə ki, qarşılaşma tamamilə Ayxan Abbasovun yetirmələrinin diqtəsi ilə keçib. Yığmamız oyun ərzində düz 28 zərbə ilə diqqət çəkib.
Bunun 10-da “çərçivə”yə düşsək də, cəmi 1 dəfə fərqlənmək mümkün olub. Rəqibin qapıçısı 9 “seyv”lə diqqət çəkib və darmadağının qarşısını alıb.
Lixtenşteyn evdə çıxış etməsinə baxmayaraq, bir dəfə də olsun Emil Balayevi narahat etməyib. Rəqib yalnız ofsayd və kobud oyun sayında komandamızı qabaqlaya bilib.
Lixtenşteyn – Azərbaycan
Qollar – 0:1
Zərbələr – 5:28
“Çərçivə”yə zərbələr – 0:10
“Çərçivə”yə düşməyən zərbələr – 4:10
Bloklanan zərbələr – 1:7
Künc zərbələri – 1:9
Oyundankənar vəziyyət – 3:1
Topa sahibolma faizi – 36:64
Ötürmələr – 334:618
Dəqiq ötürmələr – 267:548
Ötürmələrin dəqiqlik faizi – 80:89
Qapıçı seyvi – 9:0
Sarı vərəqələr – 2:2
Cərimə zərbələri – 9:7
