“Ola bilər ki...” - İddialı klubdan maaş gecikməsinə reaksiya gəldi

17:20 I Divizion 806
“Ola bilər ki...” - İddialı klubdan maaş gecikməsinə reaksiya gəldi

Mövsümə iddialı başlayan “Səbail”in avazı yaxşı gəlmir.

Komandanın 7 oyunda 12 xal toplayıb 10 komanda arasında 5-ci pillədə yer alması öz yerində.

Əldə etdiyimiz məlumata görə, klubda maaş gecikməsi yaşanır və bu hal məşqçi-futbolçu heyətinə təsirsiz ötüşmür.

İlk iki ayda bu baxımdan problem olmasa da, son iki ayda məvaciblərin köçürülməsi yubanır.

Sportinfo.az-a açıqlama verən “Səbail”in hücumçusu Bahadur Həziyev gecikmənin olduğunu etiraf etsə də, ümumi planda narazılığın olmadığını deyib:

“Maaş və mükafatları vaxtında alırıq. Ola bilər, 1-2 gün gecikmə olsun, bu da bütün komandalarda yaşana biləcək normal haldır.

Ümumi götürsək, şükürlər olsun, maaş və mükafatların verilməsi ilə bağlı sıxıntı yoxdur. Nəticələri maddiyatla əlaqələndirmək düzgün deyil”.

“Dənizçilər” I Liqanın 8-ci turunda çempionluq yolunda daha bir ciddi rəqibi – MOİK-lə qarşılaşacaq.

Noyabrın 19-da Binə qəsəbə stadionunda gerçəkləşəcək duel saat 14:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti