Klub prezidenti yaranmış vəziyyəti müzakirə etmək üçün... “Sabah”ın rəqibində vəziyyət gərgindir

00:10 İtaliya 38
Klub prezidenti yaranmış vəziyyəti müzakirə etmək üçün... “Sabah”ın rəqibində vəziyyət gərgindir

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Massimiliano Alleqri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Klub prezidenti yaranmış vəziyyəti müzakirə etmək üçün Alleqri ilə görüş keçirib.

“Napoli” mövsümə uğursuz başlayıb. Üstəlik, Neapol təmsilçisi həftəiçi Çempionlar Liqasında “Portu”ya 1:4 hesabı ilə ağır məğlubiyyətə uğrayıb.

De Laurentis görüş zamanı komandanın uğursuz nəticələrinin səbəblərini öyrənməyə çalışıb.

A Seriyasında 10 turdan sonra 14 xalı olan “Napoli” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Neapollular növbəti turda doğma meydanda çempionatın lideri “Latsio”nu qəbul edəcəklər.

Qarşılaşma noyabrın 8-də keçiriləcək. Komanda Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə