Yığmamız Serbiyadan 4 cavabsız qol buraxdı - AÇ-da

08:30 Milli komanda 72
Yığmamız Serbiyadan 4 cavabsız qol buraxdı - AÇ-da

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi (U-19) 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin 2-ci qrupunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız ikinci tur çərçivəsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşündə Monteneqroya 2:7 hesabı ilə məğlub olan Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Farer adalarına qarşı keçirəcək.

Qrupun bütün qarşılaşmaları Serbiyanın paytaxtı Belqradda təşkil olunur.

İki turdan sonra Serbiya və Monteneqro hərəyə 6 xalla turnir cədvəlinə başçılıq edir. Azərbaycan və Farer adaları isə hələlik xal qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO