“Heç bir təklif almamışıq, yanvarda komandadan ayrılmayacaq”

01:40 İtaliya 41
“Heç bir təklif almamışıq, yanvarda komandadan ayrılmayacaq”

“Komо”nun idman direktoru Karlalberto Ludi, komandanın müdafiəçisi Yakobo Ramonun “Real”a mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl Madrid təmsilçisinin sabiq futbolçusunu geri qaytarmaq istədiyi barədə məlumat yayılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəsmisi, Ramonun gələcəyi ilə bağlı “Real”dan heç bir təklif almadıqlarını söyləyib:

“Ramonun gələcəyi ilə bağlı “Real”dan heç bir təklif almamışıq. O, yanvarda komandadan ayrılmayacaq”.

“Komо” Ramonu 2025-ci ilin yayında “Real”dan 2,5 milyon avroya transfer edib. 21 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı ispaniyalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...