“Atletiko”nun hücumçusunu heyətinə qatmaqda maraqlıdır - “Yuventus”

00:20 İtaliya 62
“Atletiko”nun hücumçusunu heyətinə qatmaqda maraqlıdır - “Yuventus”

“Yuventus” “Atletiko”nun hücumçusu Aleksander Sörlotu heyətinə qatmaqda maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 30 yaşlı futbolçunun çıxışını yaxından izləyir.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Sörlotu hələ də yüksək qiymətləndirsə də, hücumçu artıq onun əsas seçimlərindən biri deyil.

Madrid klubu “Yuventus”la yaxşı münasibətlərini də nəzərə alaraq, norveçli futbolçunun satışına qarşı çıxmaya bilər.

Sörlot cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!