Qurban Qurbanov yeni “qara siyahı” hazırladı - SON DƏQİQƏ

14:00 Qarabağ 1 439
Qurban Qurbanov yeni “qara siyahı” hazırladı - SON DƏQİQƏ

«Qarabağ» yayda başlatdığı islahatları bu qış da davam etdirəcək. Saytımız bu barədə klubdan məlumat alıb. Redaksiyamıza daxil olan informasiyaya görə, Qurban Qurbanov düşərgədə dəyişiklər aparmaqda qərarlıdır. Baş məşqçi onun etimadını doğrultmayan oyunçuların son siyahısını hazırlamaqdadır. Təcrübəli mütəxəssis dekabr-yanvar ayları ərzində 3-4 futbolçunun kollektivi tərk etməsini istəyir. Adları açıqlanmasa da, bildirilib ki, siyahıda yer alanlar legionerlərdir. Qarşıdakı 1 ay ərzində «qara siyahı»nın böyüyəcəyi istisna edilmir. Bu da Premyer Liqanın növbəti turlarında qeydə alınacaq nəticələrdən asılıdır.
Ağdam təmsilçisi çempionatın ilk dövrəsində 19 xal toplayıb. Beş qələbə qazanan «köhlən atlar» eyni sayda oyunda da xal itirib və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO