Millimiz İraqla harda qarşılaşacaq? - Yeni plan məlum oldu

16:05 Milli komanda 66
Millimiz İraqla harda qarşılaşacaq? - Yeni plan məlum oldu

Dünya çempionatına hazırlaşan Azərbaycanın U-20 millisi növbəti yoxlama oyununu keçirəcək.

Hazırda Qəbələdə təlim-məşq toplanışında olan yığmamız İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Əslində, qarşılaşmanın Qəbələdə keçirilməsi nəzərdə tutulurdu. Belə ki, millimizin əvvəlki təlim-məşq toplanışlarında da yoxlama oyunları məhz bu bölgədə təşkil olunmuşdu.

Lakin İraq tərəfinin istəyi nəzərə alınaraq görüşün keçirilmə məkanında dəyişiklik edilib.

Beləliklə, komandalar Qəbələdə deyil, Sumqayıtda qarşılaşacaqlar.

Ayın 17-də baş tutacaq matç Sumqayıt şəhərində yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO