“Qalatasaray”ın sabiq hücumçusu qayıtmaq istəyir - Türkiyəyə yox, İtaliyaya

15:40 İtaliya 103
“Qalatasaray”ın sabiq hücumçusu qayıtmaq istəyir - Türkiyəyə yox, İtaliyaya

“Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardi karyerasını yenidən İtaliyada, “İnter”də davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.

O, argentinalı forvardın Milan klubuna qayıtmaq arzusunda olduğunu bildirib:

“Mauro İkardi və “İnter”? Vəziyyəti izah edim. Onun İtaliyaya, xüsusilə də, “İnter”ə qayıtmaq istədiyinə şübhə yoxdur.

Ötən ilin yanvarında “Yuventus”a keçməyə hazır idi, ancaq Turin klubu bu məsələni davam etdirməmək qərarına gəldi.

İkardi “İnter”ə qayıtmaqdan çox məmnun olardı. Özü də bunu dəfələrlə bildirib və hələ də kluba böyük bağlılıq hiss edir.

Onun istəyinə heç bir şübhə yoxdur. Ancaq yaranmış vəziyyəti necə dəyərləndirəcəyinə artıq “İnter” qərar verməlidir”.

İkardi 2013-2020-ci illərdə “İnter”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti