“Vilyarreal”ın hücumçusu Georgi Mikautadze “Barselona”nın ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu “Barca Universal”-a açıqlamasında Kataloniya klubuna keçmək istəyini gizlətməyib:
“Barselona” mənim ürəyimin klubudur. Uşaqlıqdan bu komandaya azarkeşlik edirəm.
Onların mənə maraq göstərməsi barədə eşitmək çox xoşdur. Hər şey özümdən asılıdır.
“Barselona” kimi böyük kluba keçmək şansı qazanmaq üçün çox çalışmalıyam”.
Mikautadze cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı gürcüstanlı hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Xəbərdə adı keçən hər iki komanda UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqibləridir.
