“Mourinyo söhbət etməyi və zarafatlaşmağı sevən çox yaxşı insandır”

20:25 İspaniya 81
“Mourinyo söhbət etməyi və zarafatlaşmağı sevən çox yaxşı insandır”

“Real”ın müdafiəçisi Mark Kukurella komandanın baş məşqçisi Joze Mourinyo haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Cope”-yə istinadən xəbər verir ki, ispan futbolçu, portuqaliyalı mütəxəssisin kənardan göründüyü kimi olmadığını bildirib:

“Əsl Mourinyo ətrafdakıların onu necə qəbul etməsindən çox fərqlidir. O, bizə çox yaxındır.

Söhbət etməyi və zarafatlaşmağı sevən çox yaxşı insandır. Amma təbii ki, o, bizim rəhbərimizdir və dediyi hər şeyi edəcəyik”.

Mourinyo cari mövsümün əvvəlində “Real”ın baş məşqçisi təyin olunub.

Madrid təmsilçisi İspaniya La Liqasında 12 turdan sonra 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan üç xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti