Premyer Liqanın top-klublarından birinin maraq dairəsinə düşdü

10:40 İtaliya 64
Premyer Liqanın top-klublarından birinin maraq dairəsinə düşdü

“Komо”nun yarımmüdafiəçisi Nikolas Pas İngiltərə Premyer Liqasının top-klublarından birinin maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Transfer News” məlumat yayıb.

22 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə “Mançester Yunayted” qoşulub. “Qırmızı şeytanlar” hücum xəttini gücləndirmək istəyir və Pas potensial namizədlərdən biri hesab olunur.

Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Pasın “Komо” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO