Dünya Yaş Qrupları Yarışlarında bürünc medal qazandılar - Azərbaycan gimnastları

08:10 Digər növlər 42
Dünya Yaş Qrupları Yarışlarında bürünc medal qazandılar - Azərbaycan gimnastları

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medalın sahibi olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla 4-cü pillədə qərarlaşaraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42.700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə yüksəlib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO